Meqa Sigorta ASC

Meqa Sigorta ASC

Sayt: http://meqasigorta.az, Численность: 100-1000

"Meqa Sığorta” ASC fəaliyyətə 2010-cu ilin oktyabr ayında başlamışdır. 28 sığorta şirkəti arasında uğurla irəliləyərək aparıcı sığorta şirkətləri arasında layiqli yer tutmuşdur. “Meqa Sığorta” ASC fəaliyyətinə 2012-ci ildə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya (№ 000587) verilmişdir. Həmin ildə Şirkət ISO 9001:2008 keyfiyyət standartlarına layiq görülmüşdür, 2013-cü ildə də müvəffəqiyyətlə yenilənmişdir. “Meqa Sığorta” ASC müvafiq lisenziya əsasında 28 növ könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir. Şirkət qabaqcıl beynəlxalq sığorta və təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. 2012-ci ilin 28 mart tarixindən “Meqa Sığorta” ASC icbari sığorta növləri üzrə xidmətlərin göstərilməsi üçün İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir. “Meqa Sığorta” ASC-nın Baş ofisi Bakı şəhərində yerləşir və Azərbaycan Respublikasının 7 bölgəsində filiallar fəaliyyət göstərir: Sumqayıt, Xaçmaz, Mingəçevir, Gəncə, Zaqatala, Cənub və Ağsu. Bu yaxınlarda, Bakı şəhərində şirkətin "Mərkəz" filialı öz fəalliyətinə başlamışdır. Hal-hazırda “Meqa Sığorta” ASC-də 100 nəfərdən çox əməkdaş çalışır. 2013-cü ildə sığorta şirkətləri arasında seçilərək “Meqa Sığorta” Şirkəti sığorta bazarında müştəri məmnuniyyətinin artırılması uğrunda çalışdığına görə “Ən dinamik inkişaf edən sığorta şirkəti” adına layiq görülüb və bunun nəticəsində 2014-cü ildə "Meqa Sığorta" ASC “UĞUR” mükafatı ilə təltif olunub. Şirkət qısa müddət ərzində kifayət qədər ciddi nəticələrə imza atıb, keyfiyyətli xidmət və etibarlı sığorta təminatçısı kimi müştərilərin rəğbətini qazanıb. 2015-ci ildə Avropa standartlarına uyğun olaraq keyfiyyət idarəetmənin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə şirkət European Quality Award nominasiyasına layiq görülüb. “Meqa Sığorta” Şirkəti təklif etdiyi xidmət səviyyəsini nəzərə çarpacaq dərəcədə yüksəltməklə yanaşı müştəri məmnuniyyətinin artırılması istiqamətində ilbəil çalışır.
  • Əmək haqqı
    müsahibə əsasında
    Azərbaycan:
     · Bakı

    seçilmişə

    Korporativ müştərilərlə iş üzrə aparıcı mütəxəssis

    Meqa Sigorta ASC

    - İş təcrübəsi: korporativ sığorta xidmətləri sahəsində minimum 1 il iş stajı;
    - Təhsil: Ali;
    - Dil bilikləri: Azərbaycan və rus dilində mükəmməl yazı və danışıq qabiliyyəti (ingilis dili arzuolunandır);
    - Komandada işləmək bacarığı;
    - Satış qabiliyyəti, müştərini inandırmaq bacarığı;
    - Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təqdimat bacarığı və xoş xarici görünüş.

 
Bakıda və Azərbaycanda iş elanları saytı AZ | RU

İş axtarıram
İşçi axtarıram
    İş axtaranın qeydiyyatı

    «Qeydiyyat» düyməsini basaraq siz bu kecid üzrə təqdim edilmiş istifadəçi şərtlərini qəbul edirsiniz.